Sürpriz kupon – 07.03.2023
“Haddersfild” – “Bristol Siti” 1
“Haddersfild” 31 xalla turnir cədvəlində sonuncu yeri tutur. Komanda Championship-i tərk etməyə əsas namizədlərdəndir.
“Bristol”un liqanı tərk etmək qorxusu yoxdur.
“Haddersfild”ə qələbə daha çox lazım olduğundan düşünürəm ki, meydan sahibləri 3 xal götürə bilərlər.
“Altınordu” – “Göztəpə” 2
“Altınordu” 17 xalla təhlükəli zonadadır. Komandanın heyəti yalnız türk futbolçulardan qurulub.
“Göztəpə”də xeyli legioner var. Hər iki klub İzmiri təmsil edir. Qonaqların qələbə şansı daha çoxdur.
“Çelsi” – “Borussiya Dortmund” 2
İlk oyunda minimal hesabla qələbə qazanan Dortmund klubu səfərdə də rəqibini məğlub edə bilər. Komandanın hazırda yaxşı formada olması bizi belə qənaətə gətirir. “Çelsi” öz meydanında favorit sayılsa da, sürpriz kuponda riskə getmək olar.