Sürpriz kupon – 07.02.2025

Sürpriz kupon – 07.02.2025

Bayern Münhen – Verder 1 və Üst 3.5

“Verder” 4 oyunluq qələbəsiz seriyadan sonra nəhayət ötən tur “Maynts” 1:0 hesabı ilə qalib gəldi.

“Bavariya” isə Bundesliqada keçirdiyi son 8 oyunda 8 qələbə qazanıb.

İlk dövrədə “Bremen musiqiçiləri”ni səfərdə 5:0 hesabı ilə darmadağın edən münhenlilər “Alyans Arena”da da eyni şounu təkrarlayacaq qüdrətə sahibdi.

Komo – Yuventus 2

Etopaz daha güclü və təcrübəli qonaqların qələbəsinə cəlbedici əmsal və bu oyunda “Erkən uduş” kampaniyasından yararlanmaq şansı verir.

Turinlilər bu qarşılaşmadan 4 gün sonra Çempionlar Liqasında PSV-ni qəbul edəcək. Buna görə də istisna deyil ki, bir qədər qüvvələrini qorumağa çalışsınlar. Amma istənilən halda ilk dövrədə rəqibi 3:0 hesabı ilə darmadağın edən “qoca sinyora”nın bu dəfə də 3 xal qazanacağını düşünürəm.

Portu – Sportinq Lissabon 1X və Üst 1.5

Gecənin matçı Portuqaliyada keçiriləcək. “Portu” – “Sportinq” qarşılaşmasında bukmekerlər qonaqlara kiçik üstünlük verir. Düz 1 ay öncə Liqa kubokunda “Portu”nu 1:0 udan lissabonlular çempionatın lideridi və ən yaxşı izləyiciləri “Benfika”dan 6 xal öndədi, “Portu” ilə aralarında xal fərqi isə daha çoxdu – 8 xal. Portulular həmin məğlubiyyətlə “qara zolağ”a düşüb və ardıcıl 4 oyun uduzub. Komanda son 7 oyunda cəmi 1 dəfə qalib gəlib.

“Estadio do Dragao”ya toplaşacaq 50000 azarkeş “Portu”nun qələbəsi üçün dəstəklərini əsirgəməyəcək.

Portuqaliya çempionatında 30, Çempionlar Liqasında 2 dəfə qalib olmuş portulular bu mövsüm də çempionluq iddialarını qorumaq istəyirlərsə qalib gəlməlidilər.

Bir qədər özümüzü sığortalayıb, meydan sahiblərinin uduzmayacağına və qarşılaşmada ən azı 2 qol vurulacağına mərc edə bilərik.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 07.02.2025

Növbəti yazı

“Qarabağ”dan səfər qələbəsi