Sürpriz kupon – 07.02.2023

Sürpriz kupon – 07.02.2023

“Flamenqo” – “Əl Hilal” QOL/QOL
“Flamenqo” klublararası dünya çempionatında ilk oyununa çıxacaq. “Əl Hilal” isə artıq bir oyun keçirib və Mərakeş təmsilçisi “Vidad” üzərində qələbə qazandı – 2:1.
Oyunun favoriti braziliyalılardır, lakin sürpriz kupondursa, riskə gedib qol\qol gözləmək olar.

AZ Alkmaar” – “Utrext” QOL/QOL
Niderland kubokunun 1\8 final mərhələsində bizi maraqlı oyun gözləyir. “Alkmaar” Erediviziyada yalnız “Feyenoord”dan 2 xal geri qalır və 2-ci pillədədir.
Bu komandalar yanvarın 29-da çempionatda üz-üzə gəlmişdilər və görüş 5:5 hesabı ilə yekunlaşmışdı. İndi bu cür məhsuldar oyun gözləmirəm. Amma hər iki tərəfin fərlənmək imkanı olacaq.

“Qrafshap” – “De Treffers” 1
Meydan sahibləri oyunun favoriti hesab olunurlar. “Qrafshap” özündən səviyyəcə bir liqa aşağıda çıxış edən klubla görüşdə çox da çətinlik çəkməməlidir.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 07.02.2023

Növbəti yazı

Osimhen “Mançester Yunayted”in hədəfində