Sürpriz kupon – 07.01.2026

Sürpriz kupon – 07.01.2026

Mançester Siti – Brayton – 1-ci hissə – 1

Mançester Siti 2026-cı ilə yaxşı başlamayıb: ardıcıl 2 heç-heçə! Brayton “asan yem” sayılmasa da, fikrimcə, Qvardiolanını komandası bu dueli qazanacaq. Böyük ehtimal qələbənin əsası elə 1-ci hissədə qoyulacaq. Bu matç qazanılmazsa, lider Arsenalla 6 xallıq fərq arta bilər.

Kristal Pelas – Aston Villa – tam vaxt – cüt şans 1X

Aston Villa bütün turnirlər nəzərə alınmaqla oynadığı son 12 oyundan 11-də qalib gəlib, yalnız premyer liqanın lideri Arsenala uduzub. Kristal Pelas isə premyer liqa, İngiltərə Liqa Kuboku və UEFA Konfrans Liqası daxil son 7 görüşü qələbəsiz keçirib. Bu səbəbdən Birmingem klubunun bu oyunda favorit sayılması məntiqəuyğundur. Amma məncə, bu oyunda sürpriz nəticə qeydə alınacaq. Aston Villaya qarşı oynadığı son 6 matçın 5-də qalib gəlib, birində heç-heçə edən Kristal Pelas bu qarşılaşmada azı 1 xal qazanacaq.

Fulhem – Çelsi – 2

Premyer liqada son 8 oyunda yalnız bir qələbəsi olan Çelsi böhrandan çıxmağa çalışır. Qələbəsiz oyunlardan sonra istefaya göndərilən baş məşqçi Enzo Mareskanı Fransa “Strasburq”undan gətirilən Liam Rozenyor əvəzləyib. Təyinatından cəmi 1 gün sonra olacaq Fulhemlə qarşılaşmaya təbii ki, komandanı Rozenyor hazırlamayıb. Amma oyunçular yeni məşqçinin etimadını qazanmaq üçün elə ilk qarşılaşmadan “özlrini göstərməyə” çalışacaq. Məncə, Çelsi uğursuz seriyaya bu dueli qazanmaqla son qoyacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 07.01.2026

Növbəti yazı

Rüfət Abdullazadə “Zirə”də