Sürpriz kupon – 06.11.2025

Sürpriz kupon – 06.11.2025

Zalsburq – Qo Ehed İqls 2

Sürpriz axtarışında olanlar üçün bu oyunu tövsiyə edə bilərəm. Qo Ehed İqls səfərdə daha yaxşı oynayır. Zalsburq də əvvəlki komanda deyil. Niderland təmsilçinin səfərdə qələbə qazanmaq şansları çoxdur.

Malmö – Panatinaikos 2

Panatinaikos avrokubok komandasıdır. Üstəlik, Malmö də çətin günlərdən keçir. Onların qalib gələcəyi inandırıcı görünmür. Panatinaikosun səfərdə 3 xal əldə etməsi sürpriz olmaycaq.

Srvena Zvezda – Lill 1

Bəlkə də riskli seçim kimi görünə bilər. Amma unutmayaq ki, Srvena Zvezda matça “1-0 öndə başlayacaq”. Buna səbəb isə möhtəşəm azarkeşləridir. O atmosferdə bütün komandalar üçün çətindir. Zənnimcə, Serbiya çempionu evdə Lilli məğlub edə biləcək.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 06.11.2025

Növbəti yazı

Premyer Liqa klubunda müqavilə