Sürpriz kupon – 06.07.2025
Elfsborq – Haken – 2,5 ÜST
Elfsborqun İsveç liqasında son 2 oyunu 2,5 altla bitsə də, məncə, bu görüşdə bol qol görəcəyik. 4-cü yerdə qərarlaşan Elfsborq lider Myallbyu ilə 5 xallıq fərqi azaltmalıdır. Son 2 turda cəmi 1 xal qazanan Elfsborq Hakenlə oyunda qələbəyə köklənib. Amma statistika bu komandalar arasında duellərin adətən gərgin və bol qollu keçdiyindən xəbər verir. Tərəflərin öz aralarındakı son 10 duelindən yalnız birində 3-dən az qol qeydə alınıb.
Dyurqardens – Degerfors – QOL/QOL
Son 4 oyunu 2,5 alt bitən Dyurqardensin Degerforsla oyundan məhsuldarlıq gözləmək bəlkə də risklidir. Amma autsayderlər qrupunda xilas olmağa çalışan qonaq komandanın hücum futbolu oynayacağı gözləniləndir, Dyurqardens də doğma azarkeşləri qarşısında qol və qollar vurmağa çalışacaq. Üstəlik bu komandaların öz aralarındakı son 11 görüşündən 10-u 2,5 üstlə yekunlaşıb.
FC Haka – İnter Turku – QOL/QOL
Son 2 turda ardıcıl he-heçələr İnter Turkunu lider KuPS komandasından 3 xal geri salıb. Hərçənd Turku təmsilçisinin ehtiyatda 3 oyunu var. Haka isə iddialı olmasa da. öz meydanında rəqiblərinə bəzən çətinlik yaradır. İnter Turku ilı son 4 duelin qarşılıqlı qollarla keçməsi də maraqlı faktdır. Fikrimcə, bu görüşdə də hər iki komanda fərqlənəcək.