Sürpriz kupon – 06.06.2024

Sürpriz kupon – 06.06.2024

Niderland – Kanada Cüt şans: X2

Niderland yığmasının ideal onbirliklə oynamayacağı ehtimalı haqda günün kuponunda söz açmışam. Niderland üçün bu görüşün nəticəsi önəmli deyil. Bu səbəbdən sürpriz nəticəyə inamım böyükdür. Məncə, Kanada millisi bu oyunda uduzmayacaq.

Konqo Respublikası – Niger 1

Meydan sahibləri bütün komponentlərdə rəqibindən üstündür. Konqoluların bu görüşdə qələbə qazanacağı gözləniləndir. Məncə onlar DÇ seçmə mərhələsində ilk qələbələrini məhz bu oyunda qazanacaqlar.

Seneqal – Konqo DR QOL/QOL

Bu görüşdə Seneqal favorit olsa da, rəqib sıradan biri deyil. Konqo Demokratik Respublikası qrupda favoritlərdəndir. Fikrimcə, bu oyun üçün ən uyğun seçim hər iki komandanın qol vuracağı mərci ola bilər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 06.06.2024

Növbəti yazı

Günün şansı – 06.06.2024