Sürpriz kupon – 06.02.2025

Sürpriz kupon – 06.02.2025

Araz Naxçıvan – Zirə – 2,5 ALT

Zirə noyabrın 23-dən bu yana oynadığı 8 matçın heç birində uduzmayıb. Rəşad Sadıqovun komandası Azərbaycan Kubokunda da bu seriyanı davam etdirməyə çalışacaq. Araz-Naxçıvan isə müdafiədə etibarlı oyunu ilə tanınır. Ona görə bu matçda çox qol gözləmirəm.

Səbail – Qarabağ – 3,5 ÜST

Bu komandaların son 6 duelindən 5-də qapılara azı 3 qol vurulub. Üstəlik, son 4 matçda məğlubiyyətləri sıralayan Qarabağa özünəinamı qaytarmaq üçün qələbə lazımdır, bacardıqca böyük hesabla. Səbail də Cavid Hüseynovun baş məşqçi postuna gəlişindən sonra nisbətən “dirçəlib”. Qısası, bu matçda hər iki komandadan qol, ümumilikdə top sayının 3,5 üst olacağını gözləyirəm.

Boluspor – Qalatasaray – QOL/QOL

Kubok matçları sürprizləri sevir. Tərəflər arasında səviyyə fərqi böyük olsa da, Bolu təmsilçisi öz meydanında nüfuzlu rəqibinə azı 1 qol vura bilər. Onsuz da bu hələ kubokun qrup mərhələsidir. Məğlubiyyət və ya heç-heçə belə hər şeyin sonu demək deyil.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 06.02.2025

Növbəti yazı

Masazırda hesab açılmadı