Sürpriz kupon – 06.01.2026
Sassuolo – Yuventus ÜST2.5
Meydan sahibləri “Yuve” üçün uğurlu rəqib sayılmır. Çünki yaxın keçmişdə “Yuve” “Sassuolo”ya qarşı matçlarda xal qazanmaqda çətinlik çəkib. Unutmayaq ki, cari mövsüm məhsuldar nəticələrlə diqqəti cəlb edən “Qoca Sinyora” əksər oyunlarda inamlı qələbə qazanır. “Yuve” hücumçularına inanaraq üst2.5 seçimi üzərində dayanıram.
Əlcəzair – Konqo 1
Maraqlıdır ki, Konqo millisi tarixində heç vaxt Əlcəzair seçməsinə qalib gəlməyib. Afrika Millətlər Kubokunun 1/8 finalında Əlcəzair futbolçularının səhvə yol verəcəklərinə inanmıram. Konqo turnirdə Botsvana və Benin üzərində qələbə qazanıb. Bu komandalar isə ciddi rəqib kimi qəbul edilmir. Ona görə Konqo yığmasının yarışla vidalaşacağını gözləyirəm.
Fil Dişi Sahili – Burkina Faso ÜST2.5
Hər iki komanda Afrika Millətlər Kubokunda hücum futbolunu sevdiyini nümayiş etdirib. Bu mərhələdə aşkar favorit göstərmək asan deyil. Burkina Faso seçməsi müdafiədə inamlı təsir bağışlayıb. Fil Dişi Sahili komandası isə əksinə – müdafiədə etibarlı olmaqla yanaşı hücumda maksimum dəqiq olmur. Növbəti mərhələyə vəsiqə uğrunda açıq mübarizənin olacağını düşünürəm. Ona görə üst2.5 seçimini məsləhət görürəm.













