Sürpriz kupon – 06.01.2025
İnter – Milan QOL/QOL
İtaliya Superkuboku uğrunda həlledici oyunda əzəli və əbədi rəqiblər üz-üzə gələcək. Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək final matçında bukmekerlər İnteri favorit sayır. Bununla belə, Milanın barışmaz rəqibə azı 1 qol vuracağına inanıram. Tərəflərin öz aralarındakı son 3 görüşünün statistikası da qarşılıqlı qollara işarə edir.
Makkabi Hayfa – Beytar Yerusəlim QOL/QOL
3-cü sırada yer alan Hayfa təmsilçisi 4-cü pillədəki Beytar Yerusəlimi məğlub etsə, lider Hapoel Beer-Şeva komandası ilə xal fərqini 2-yə endirəcək. Amma Yerusəlim klubunun özünün də hədəfi budur və belədə rəqibinə rahatlıqla təslim olmaz. Ona görə qarşılıqlı qollar bu oyun üçün daha real variant olaraq görünür.
Benfika II – Porto II – 2,5 ÜST
Barışmaz rəqiblərin B komandalarının dueli də əsas komandalarda olduğu kimi gərgin, güzəştsiz mübarizə şəraitində keçir. Benfika B komandası hazırda Portuqaliya 2-ci liqasında 3-cü, Porto B isə autsayderlər qrupunda -17-ci yerdədir. Turnir cədvəlindəki mövqelərində kəskin fərq olsa da, Benfikanın asan qələbə qazanacağını gözləmirəm. Tərəflərin son 7 duelində olduğu kimi bu oyunda qapılara azı 3 qol vurulacağını təxmin edirəm.