Sürpriz kupon – 05.12.2025
Stad Brest – Monako X2 və ÜST2.5
Komandalar arasında keçirilmiş son 7 oyundan yalnız birində “Monako” qalib gəlməyib.
Ötən mövsüm rəqiblər 2 dəfə qarşılaşıb və bu matçlarda 8 qol vurulub. Zənnimcə, bu dəfə də görüş bol qollu keçəcək və qonaqlar uduzmayacaq.
Ekselsior – Qroningen 1X və ÜST1.5
5 oyundur meydanı qolsuz tərk etməyən “Ekselsior” bu matçlarda 3 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə uduzub. Heyət baxımından daha güclü olan “Qroningen” isə son 5 görüşdə 3 dəfə uduzub, 2 dəfə heç-heçə edib. Daha yaxşı formada olan meydan sahibləri azarkeşlərinin də dəstəyilə ən azı uduzmaya bilər.
Maynts – Borussiya Mönhenqladbax 2
“Maynts” böhran keçirir. Təsadüfi deyil ki, komanda Bundesliqada 6 xalla sonuncu pillədə qərarlaşıb. “Borussiya” isə əla formadadı. Möhnhenqladbaxlılar ölkə çempionatında keçirdikləri son 4 oyunda 10 xal toplayıb.
Etopaz qonaqların qələbəsinə cəlbedici əmsal verir. Bu fürsətdən istifadə etmək olar.












