Sürpriz kupon – 05.11.2024
Seltik – Leypziq 2
“Leypziq” Çempionlar Liqasına yaxşı başlamayıb. İlk üç turda məğlub olan Almaniya təmsilçisi xala həsrət qalıb. Maraqlıdır ki, “Seltik” indiyə qədər yalnız bir dəfə “Leypziq”ə qalib gəlib. Digər oyunlarda almanlar üstün olub. Səfərdə oynamasına rəğmən almanların qələbəsinə mərc gəlmək olar.
Lill – Yuventus 2.5 ÜST
Hər iki komandanın Çempionlar Liqasında 2 qələbəsi – 6 xalı var. Son turlar A Seriyasında inamlı təsir bağışlayan “Yuve” Çempionlar Liqasında liderlər qrupuna yüksəlmək üçün qələbə qazanmalıdır. “Qoca sinyora”nın səfərdə qələbəsinə mərc gəlmək riskli görünür. Ona görə 2.5 Üst seçimini etməyi təklif edirəm.
Liverpul – Bayer Leverkuzen 1
Çempionlar Liqasında rəqib tanımayan “Liverpul” azarkeşlərimizə yaxşı tanış olan Leverkuzen “Bayer”ini qəbul edir. Cari mövsüm daha çox heç-heçələrlə diqqəti cəlb edən Xabi Alonsonun komandasını səfərdə ciddi sınaq gözləyir. Hazırkı vəziyyətdə “Liverpul”un evdə çətin olsa belə qələbə qazanacağını düşünürəm.