Sürpriz kupon – 05.10.2022
“Benfika” – PSJ QOL/QOL
Hər iki komandanın hesabında 6 xal var. Qalib tərəf vahid lider olacaq. Heyətinə görə PSJ rəqibini xeyli üstələsə də, “Benfika”nın öz meydanında asan təslim olmayacağını düşünürəm. Tərəflərin öz aralarındakı son 9 dueldən 8-də qarşılıqlı qollar vurulduğunu da nəzərə alsaq, qol /qol variantına üstünlük verməyimin səbəbi aydın olar.
“Real Madrid” – “Şaxtyor” – 2,5 ÜST
Bu komandaların öz aralarındakı 6 matçdan 5-də 2,5 üst qeydə alınıb. Hər iki komanda qrupda 2 oyuna 5 qol vurub. 3 gün əvvəl “Osasuna” ilə matçda sürpriz xal itirən “Real”ın daha aqressiv oynayacağını düşünürəm. Bütün ehtimallar məhsuldar oyundan xəbər verir.
“Yuventus” – “Makkabi Hayfa” – 3,5 ALT
“Yuventus” mövsümü qeyri-sabit keçirir. İstər ÇL-də, istər A seriyasında. Poqba və Kyeza kimi oyunçuların zədəli olması oyunlarına təsirini göstərir. ÇL-də ilk 2 oyunda cəmi 2 qol vurublar. Hayfa klubu isə bir dəfə fərqlənib. Qələbə hər iki komanda üçün çox vacibdir. Çünki 1 xalları belə yoxdur. Fikrimcə, “Yuventus”un hücumda problemləri, “Makkabi”nin səfərdə ehtiyatlı oyuna üstünlük vermə ehtimalı 3,5 alt variantına inamımı artırır.