Sürpriz kupon – 05.08.2025

Sürpriz kupon – 05.08.2025

Şkendiya – Qarabağ 1 və 3,5 ALT

Bunu yazmaq istəməzdim. Amma sadəcə bir təxminidir. Etiraf etməliyik ki, Qarabağ pik formada deyil və hazır görünmür. Şkendiya isə bundan əvvəlki mərhələdə güclü FSCB-ni mübarizədən kənarlaşdırıb. Məncə Qarabağ evdə bu rəqibi üstələyib pley-offa adlayacaq. Lakin ilk görüşdə Şkendiyanin qələbə qazanacağını təxmin edirəm. Çətin ki, bu oyun bol qollu keçsin. Şkendiya intizamlı müdafiəsi ilə seçilir. Düşünürəm ki, oyunda 3-dən az qol vurulacaq. Sadəcə riski azaltmaq üçün 3,5 ALT mərci daha məntiqli görünür.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 05.08.2025

Növbəti yazı

“Karvan”da yeni müqavilə