Sürpriz kupon – 05.06.2025
Şimali Koreya – Qırğızıstan – 2
Qrupda sonuncu olan Şimali Koreya qarşıdakı mundialla bağlı bütün şanslarını itirib. Qırğızıstan yığmasının isə cüzi də olsa ümidi var və onlar bu kiçik ümidin arxasınca sonadək gedəcəklər. Riskli variant olsa da, qırğızların səfərdə qalib gələrək son tur üçün özlərinə şans saxlayacaqlarını təxmin edirəm. Əlbəttə,.əgər digər görüşdə Qətər millisi İrana qalib gəlməzsə.
İspaniya – Fransa QOL/QOL
UEFA Millətlər Liqasında 2-ci yarımfinal oyunu. Neytral meydanda – Almaniyada keçirilən bu qarşılaşmada tərəflərin qələbə şansı təxminən bərabərdir. Komandaların hücum potensialını nəzərə alsaq, qol\qol bu matç üçün ən real variantdır.
Oman – İordaniya – 2,5 ALT
Günün “ölüm-dirim” xarakterli oyunlarından biri. Dünya çempionatına yollanmaq şansını saxlamaq üçün Omana mütləq qələbə lazımdır. İordaniyanı isə ən pis halda 1 xal da qane edir. Qarşılaşmanın gərginliyini və hər iki komandanın müdafiəyə meylli oyununu nəzərə alaraq 2,5 alt variantına üstünlük verirəm.