Sürpriz kupon – 05.06.2024

Sürpriz kupon – 05.06.2024

Tunis – Ekvatorial Qvineya 2,5 ÜST

Dünya Çempionatı 2026-ya Afrika qitəsindən namizədlərdən biri olaraq göstərilən Tunis bu oyunun favoritidir. Qrupda liderliyi Namibiyanın əlindən almaq üçün bəlkə də sonda top fərqi onlara çox lazım olacaq. Ona görə autsayderlə görüşdə qol balansını maksimum “düzəltmək lazımdır”. Statistika da bunu deyir: Tunisin öz meydanında Ekvatorial Qvineyaya qarşı keçirdiyi bütün 5 oyunun hər birində azı 3 qol qeydə alınıb.

Syerra Leone – Cibuti 1

Dünya çempionatının seçmə mərhələsində ilk 2 oyunda cəmi 1 xal qazanan Syerra Leone yığması qrupun autsayderi, 2 matçda 7 cavabsız qol buraxan Cibuti qarşısında favoritdir. Heyətində İngiltərə, Fransa və İtaliya liqalarında oynayan futbolçuların yer aldığı Syerra Leone məncə, öz meydanında azarkeşlərini sevindirmək şansını qaçırmayacaq.

İspaniya – Andorra 4,5 ÜST

İspaniya AVRO 2024-ə hazırlığa “evinin içində yerləşən” Andorra ilə başlayır. Təbii ki, tərəflərin səviyyəsi, gücü müqayisəyə gələ bilməz. İspan millisi hücum potensialından tam istifadə etsə, bu oyunda darmadağın görə bilərik. Yoldaşlıq oyunu olması bu variantı bir qədər riskə alır. Buna baxmayaraq matçda azı 5 qolun vurulacağına ümid edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 05.06.2024

Növbəti yazı

“Turan Tovuz”da yeni müqavilə