Sürpriz kupon – 05.06.2022
İsveç – Norveç QOL/QOL
Millətlər Liqasına hər iki komanda qələbə ilə başlayıb. İsveç millisinin son 6 oyunda 3 qələbə, 3 məğlubiyyəti var. Norveçin isə son 6 oyunda, 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyəti. Aralarındaki qarşılaşmalarda son 5 oyunun 4-ü heç-heçə bitib, birində isə İsveç 4-2 qalib gəlib.Oyunların birindən başqa hamısında qollar olub. Hər iki millinin hücum xətti məhsuldarlıq nümayiş etdirir. Ona görə bu matç üçün qol-qol variantını daha uyğun sayıram.
Bolqarıstan – Gürcüstan QOL/QOL
Bolqarıstan millisi hələ də əvvəlki nüfuzunun axtarışındadır. Son 6 oyunda 3 məğlubiyyət, 2 heç-heçə, 1 qələbəsi var. Gürcüstan millisinin fransız baş məşqçisi Vili Sanyol istedadlı oyunçuları kəşf etdirməklə bərabər hücum futboluna üstünlük verir. Startda 4-0 hesab ilə qalib gəliblər. Son 6 oyunda 5 qələbə, 1 heç-heçə edib. Bu oyunda favorit Bolqarıstan olmağına baxmayaraq qol-qol variantının üzərində qalıram.
Serbiya – Sloveniya 1
Balkan derbisi. Hər iki komanda Millətlər Liqasının startında məğlub olub. Bu qarşılaşmada favorit Serbiyadır. Oyun 1 variantına güvənirəm.