Sürpriz kupon – 05.01.2026

Sürpriz kupon – 05.01.2026

Nigeriya – Mozambik ÜST 2.5

Viktor Osimhenin Nigeriyası bu turnirdə hər 3 oyunda qalib gələn 2 ölkədən biridi. Bukmekerlər bu matçda “Zirə”nin yarımmüdafiəçisi Rikardo Gimaraeşin Mozambikinə demək olar ki, heç bir şans vermir. Komandalar arasında keçirilmiş son 3 oyunda ÜST 2.5 variantı gəlib. Bu dəfə də istisna olacağını düşünmürəm.

Lester Siti – Vest Brombiç Albion 1

Hər iki komanda qeyri-sabit çıxış edir.
Buna görə də matçda favorit yoxdu.
Amma bir məqam var: qonaqlar son 9 səfər oyununu uduzub. Bu seriyanın davam edəcəyini proqnozlaşdırıram.

Vizela – Torrense 1

Sequndanın iddialı komandalarından olan “Vizela” son dövrlər azarkeşlərini sevindirmir. Qonaqların durumu daha acınacaqlıdı və tərəfdarlarına krizisdən çıxmaq üçün hansısa ümid də vermirlər.
Zənnimcə, doğma meydan faktoru bu qarşılaşmanın yekun nəticəsinə təsir edəcək.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 05.01.2026

Növbəti yazı

“Sumqayıt”da vida