Sürpriz kupon – 04.12.2024
Arsenal – Mançester Yunayted QOL/QOL
Hər iki komanda son matçlarda parlaq və baxımlı oyun nümayiş etdirir. “Arsenal” son 5 görüşdə 9 dəfə fərqlənib. Qonaqlar da onlardan geri qalmır. Son 5 oyun və 13 qol. Bu göstəricilərə güvənsək, oyunun məhsuldar kecəcəyi şübhəsizdir. Fikrimcə, azarkeşlər maraqlı və bol qollu oyuna şahidlik edəcək.
Ayaks – Utrext 1
“Ayaks”ın bu yaxınlarda Təl-Əviv “Makkabi”si üzərində qazandıqları 5:0 hesablı qələbə, bu komandanın həqiqətən də möhtəşəm çıxışlara qadir olduğunu göstərdi. Hal-hazırda rəqiblə turnir cədvəlində 2-ci, 3-cü yerləri bölüşdürür. Ev sahibləri favorit görünür. Çətin oyun olsa da, “Ayaks”ın qələbəsinə inanıram.
Sauthempton – Çelsi 2
“Çelsi” son turda “Aston Villa”nı məğlub edərək, “Brayton” və “Mançester Siti”ni 2 xal qabaqlamaqla 3-cü pillədə qərarlaşıb. Eyni zamanda, qonaqlar səfərdə inamlı təsir bağışlayırlar. Yalnız bir dəfə “Liverpul”dan məğlubiyyət alıblar. Belə olduğu halda, “Çelsi”nin, 5 xalla sonuncu pillədə qərarlaşan “Sauthempton”u məğlub etməsi açıq-aşkar görünür.