Sürpriz kupon – 04.12.2021
“Hoffenhaym” – “Ayntraxt” – 2,5 üst
“Ayntraxt” bundesliqaya uğursuz başlanğıcdan sonra toparlanmağa çalışır. Frankfurtlular son 4 oyundan 10 xal yığıb. “Hoffenhaym” isə son 2 turda rəqiblərinə 8 qol vurub. Hücum futbolunun bu görüşdə sözünü deyəcəyinə inanıram və 2,5 üst variantını daha real sayıram.
“Real Sodyedad ” – “Real Madrid “- qol /qol
ÇL və La liqada keçirdiyi son 7 matçın hamısını udan “Real” çempionluq yarışında əsas rəqiblərindən birinin meydanına iddialı gedir. Amma statistika göstərir ki, San Sebastyan səfərləri “Kral Klubu” heç də “yüngül gəzinti” olmur. “Real Sodyedad” Madrid klubuna qarşı son ev oyunlarından yalnız sonuncusunda (0:0) qol vura bilməyib. Tərəflərin öz aralarındakı qarşılıqlı qollar ənənəsini bu matçda da davam etdirəcəyini düşünürəm.
“Nyukasl” – “Börnli” – 1
Premyer liqanın qələbəsi yeganə komandası “Nyukasl”ın həsrəti fikrimcə, bu tur bitəcək. Ötən tur cədvəldəki qonşusu – 19-cu sıradakı “Norviç” lə azlıqda qalmasına rəğmən 1:1 oynayan autsayder bu tur 18-ci yerdə qərarlaşan “Börnli”ni “əldən buraxmamalıdır”. Əks halda çempionatın özü kimi autsayderlərini də uda bilməyən “Nyukasl”ın premyer liqada nə işi?