Sürpriz kupon – 04.11.2025
Olimpiakos – PSV Eyndhoven – QOL/QOL
Yunan klublarının iştirakı ilə keçirilən oyunlarda əksər hallarda qol sarıdan “məhsuldarlıq” aşağı olur. Amma bu oyun haqqında təxminim fərqlidir. Məncə, “Olimpiakos”la PSV-nin 4 il əvvəlki duellərində olduğu kimi bu görüşdə də qarşılıqlı qollar görəcəyik. Turnir cədvəli hər iki komandadan hücum futbolu və 3 xal tələb edir.
Bodoe Qlimt – Monako – 2
Hər iki komanda 3 turdan 2 xal qazanıb. Hazırda Çempionlar Liqasında 26-27-ci yerləri bölüşdürürler. Qələbə həm Norveç cempionuna, həm də fransızlara çox vacibdir. Bodoe Qlimt ev sahibi olaraq nisbətən şanslı sayılsa da, məncə bu matçı qonaq komanda qazanacaq.
PSJ – Bavariya – 3,5 ALT
Komandaların adları belə qol-qol, 2,5 üst deyir. Amma bu düşüncə tərəflərin son 5 duelində bizi yanıldıb. PSJ ilə Bavariya arasındakı son 5 görüşün hamısı 2,5 alt bitib. Bir qol da ehtiyat üçün nəzərə alaraq, 2,5 də deyil, 3,5 alt variantına mərc edirəm.












