Sürpriz kupon – 04.11.2024

Sürpriz kupon – 04.11.2024

Empoli – Komo – cüt şans x2

Empoli hazırda A seriyasında Komodan 3 pillə yuxarıda yer alsa da, bu dueldə qonaq komandanın uduzmayacağını düşünürəm. Komandaların hər ikisi mövsümü qeyri-sabi keçirir. Məncə, bu matç daha çox heç-heçəyə işarə verir. Amma daha “sığortalı” x2 variantına mərc edirəm.

Zaqlembe – Slask – cüt şans x2

Slask Polşa yüksək liqasında 12 oyundan cımi 9 xal toplamaqla sonuncu yerdədir. Həmin 9 xalın da 5-ni son 3 oyunda qazanıb. Bu komandada müəyyən dirçəlişin yaranmasından xəbər verir. Məncə, autsayder növbəti sürprizü 12-ci yerdə qərarlaşan Zaqlembe komandasına edəcək.

Al Vasl – Al-Sadd – 1-ci hissənin nəticəsi -Al-Sadd

Asiya Çempionlar Liqasında 4-cü turun oyunu. Bu komandaların duelləri adətən qarşılıqlı qollarla müşaiyət olunur. BƏƏ təmsilçisi Al Vasl meydan sahibi kimi daha şanslı sayılsa da, məncə, Qətər klubu bu oyundan heç-heçə və ya qələbəylə ayrıla bilər. Bir qədər də riskə getsək, taymda Al Sadd komandasının qələbəsinə mərc etmək olar.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 04.11.2024

Növbəti yazı

70-ci ev qələbəsi