Sürpriz kupon – 04.11.2022

Sürpriz kupon – 04.11.2022

“Ümraniyespor” – “Alanyaspor” ÜST 2,5
11 oyuna cəmi 3 xal toplaya bilən “Ümraniyespor” Super Liqanın aşkar autsayderidir. Komanda son 3 oyunda qapısında 10 qol görüb. Amma maraqlıdır ki, bu 3 qarşılaşmanın hamısında rəqib qapılarına yol tapa biliblər. Hətta son turda səfərdə “Beşiktaş”a 2 qol vurdular.
İtaliyalı Franko Fariolinin rəhbərlik etdiyi “Alanyaspor” “Qalatasaray”la səfərdə bərabərə (2:2) qaldıqdan sonra öz meydanında “Qaziantep” üzərində qələbə qazandı – 2:0.
Məncə, azarkeşlər bol qollu bir oyunun şahidi ola bilərlər.

“Genk” – “Şarlerua” 1
“Genk” ən yaxın izləyicisini 7 xal qabaqlayaraq inamla turnir cədvəlinə başçılıq edir. Komanda son 3 görüşdə rəqiblərinin qapısına 12 top vurub.
“Şarlerua” ötən tur sensasiya edərək 2-ci pillədə olan “Antverpen”i məğlub etdi – 1:0. Amma komandanın ardıcıl iki sürprizə imza atacaq gücdə olduğuna inanmıram.
“Genk” öz meydanında sensasiyaya imkan verməz.

“Legiya” – “Lexiya Qdansk” 1
Mahir Emrelinin sabiq klubu bu mövsüm yenidən özünə gəlib və çempionluq uğurunda mübarizə aparır. Düzdür, paytaxt klubu lider “Rakov”dan 7 xal geri qalır. Amma “Legiya” sonadək rəqibini izləyə bilər. “Legiya” ötən tur “Yagelloniya” səfərindən inamlı qələbə ilə döndü – 5:2.
“Lexiya Qdansk” son 3 görüşdə qalib gəlib. Lakin bu seriyanın Varşavada qırılacağını düşünürəm.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 04.11.2022

Növbəti yazı

Gənç futbolçu Benzemanın rekordunu yenilədi