Sürpriz kupon – 04.10.2025
Çelsi – Liverpul 2
Komandalar form olaraq heç də ən yaxşı dövrünü keçirmir. Bununla belə, sirr deyil ki, Liverpulun heyəti daha güclüdür.
Çelsinin zədəli və cəzalı futbolçularını da nəzərə alsaq, bu qarşılaşmada qonaqların qalib gəlib son oyunlardakı uğursuzluqlara son verəcəklərini proqnozlaşdıra bilərik.
Ayntraxt Frankfurt – Bayern Münhen 2 və 3.5 ÜST
Ayntraxtın son 4 oyununda 29, bavariyalıların son 4 matçında isə 19 qol vurulub. Fantastik göstəricilərdir. Xüsusən frankfurtluların nəticələri daha çox hokkey hesablarına bənzəyir. Bu qarşılaşmanın da məhsuldar keçəcəyinə şübhə etmirəm. Sürpriz kuponda qonaqların qələbəsinə və matçda ən azı 4 qol vurulacağına mərc edirəm.
Atalanta – Komo 1
“Atalanta” tədricən gözlənilən formasını bərpa edir. “Komo” isə A Seriyasındakı ikinci mövsümündə hamını yaxşı mənada təəccübləndirir. Amma Sesk Fabreqasın komandası hələlik daha böyük uğurlar qazanacaq potensialda deyil.
Etopaz meydan sahiblərinin qələbəsinə cəlbedici əmsal verir. Bu fürsətdən yararlanmaq olar.












