Sürpriz kupon – 04.10.2022

Sürpriz kupon – 04.10.2022

“Liverpul” – “Reyncers” 1
“Liverpul” ilk oyunda “Napoli”yə böyük hesabla uduzsa da, 2-ci turda “Ayaks”ı məğlub edə bildi – 2:1.
Şotlandiya klubu iki matçdan xalsız ayrılıb. Qlazqo təmsilçisi üçün ingilislərlə istənilən görüş prinsipial əhəmiyyət kəsb edir. Bu səbəbdən qonaqlar “Enfild Roud”da sensasiya etməyə çalışacaqlar. Amma komandaların gücü, potensialı tam fərqlidir.
Qonaqların heyətində cəzalı və zədəli futbolçular var.
“Liverpul” İngiltərə Premyer Liqasında son iki oyunda xal itirib. Əvvəlcə “Everton”la səfərdə qolsuz heç-heçə, daha sonra isə “Brayton”la evdə bərabərlik – 3:3.
Amma Kloppun komandası qrupdan çıxmaq üçün bu görüşü mütləq 3 xalla başa vurmalıdır.

“Ayaks” – “Napoli” QOL/QOL
“Ayaks” Niderland çempionatında son 2 turda qələbə qazana bilməyib. Özü də Amsterdam klubu əsas rəqibləri ilə yox, “Alkmaar” və “Qo Ehed İqlz”la matçlarda xal itirib.
“Napoli”nin İtaliyada işləri əla gedir. Luçano Spallettinin komandası 20 xalla “Atalanta” ilə birgə 1-2-ci yerləri bölüşür.
Qrupda vəziyyət elədir ki, hər iki tərəf qələbəyə oynayacaq.
“Napoli”də Viktor Osimhen hələ də zədəli olsa da, Neapol klubunda qol vura biləcək futbolçular yetərincədir.

“Bayern Münhen” – “Viktoriya Plzen” ÜST 2,5
“Bayern Münhen” 2013-cü ildə Çempionlar Liqasında “Viktoriya Plzen”i 5:0 hesabı ilə məğlub edib. İndi də Almaniya klubu rəqibindən çox güclüdür. Məncə, bu oyunda da böyükhesablı nəticənin qeydə alınması ehtimalı yüksəkdir.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 04.10.2022

Növbəti yazı

Şventekdən böyük fərq