Sürpriz kupon – 04.09.2023
“Sepsi” – UTA Arad 1
Rumıniya çempionatında zəiflər qrupunda qərarlaşan komandalar üz-üzə gələcək. Qonaqlar 19 ay ərzində qalib gələ bilmədiyi “Sepsi”nin qonağıdır. Avrokuboklarla vidalaşan meydan sahibləri indi bütün diqqətini ölkə çempionatına yönəldəcək. Məhz buna görə “Sepsi”dən qələbə gözləyirəm.
“Aşdod” – “Beytar Yerusəlim” ÜST2.5
Yeni start götürən İsrail çempionatında 2-ci turun oyunları keçirilir. Hər iki komanda ilk turda məğlubiyyət acısı yaşayıb. “Aşdod” evdə əksər matçlarda inamlı təsir bağışlayır və qol şanslarından maksisum istifadə edir. Ona görə məhsuldar nəticə gözləntisi real görünməlidir.
“Zrinjski Mostar” – “Şiroki Briyeq” QOL/QOL və ÜST2.5
Bosniya çempionatında gözəl təbiətə malik Mostar təmsilçisinin işləri yaxşı gedir. İlk iki turda qələbə qazanan meydan sahibləri həm də 8 qolla hücumda dəqiq olduqlarını nümayiş etdirdilər. Qonaqlar son dəfə 2021-ci ildə Mostar klubunu üstələyib.