Sürpriz kupon – 04.06.2024
İtaliya – Türkiyə
Oyun Nəticəsi: İtaliya və 2.5 ÜST
Türkiyə millisi hətta yoldaşlıq görüşlərində belə İtaliyaya qalib gəlməyib. Ən yaxşı halda iki oyunda heç-heçə qeydə alınıb. Meydan sahiblərinin rəqibə güzəştə gedəcəyinə inanmıram. Bu oyunda məhsuldar nəticə qeydə alınacağını fikirləşirəm.
İrlandiya – Macarıstan QOL/QOL
Son dəfə Kosovo və Türkiyəni yoldaşlıq görüşlərində üstələyən macarlar indi növbəti oyuna çıxacaq. İrlandiyanın ümumiyyətlə son üç yoldaşlıq matçlarında qələbəsi yoxdur. Maraqlıdır ki, bu komandalar son dəfə rəsmi oyunlarda 1989-cu ildə üz-üzə gəlib. Fikrimcə, bu oyunda qollu heç-heçə qeydə alınacaq.
Avstriya – Serbiya 1-ci hissə: 1.5 ÜST
Statistikaya əsasən bu komandaların əksər oyunlarında məhsuldar hesablar qeydə alınıb. Digər tərəfdən Avstriya millisi son yoldaşlıq görüşlərində 2.5 Üst seçimini doğruldur. Məhz bu səbəbdən ilk 45 dəqiqədə 2 qol vurulacağına inanaraq 1.5 Üst seçiminin üzərində dayanıram.