Sürpriz kupon – 04.05.2023
“Brayton” – “Mançester Yunayted” 2
“Brayton” yaxşı formada olsa da, qonaqların pontensialı daha yüksəkdir. “Mançester Yunayted” bürünc medal uğrunda mübarizədən geri düşməmək üçün qalib gəlməlidir. Erik Ten Haqın komandası favorit sayılmasa da, azarkeşlərini sevindirəcək gücdədir.
“Udineze” – “Napoli” 1
“Napoli”nin çempionluğu çoxdan heç kimdə şübhə doğurmur. Maradonanın davamçıları bu tur məğlub olsa belə çempionluğu rəsmiləşdirə bilər. Neapolluların bu möhtəşəm hadisəni uzağı bir tur sonra qeyd edəcəyinə şübhə etmirəm. Hələliksə, risk edib “Udineze”nin qələbəsinə mərc edə bilərik.
“Sevilya” – “Espanyol” 1
“Sevilya” avrokuboklardakı qədər uğurlu olmasa da, ilk dövrə ilə müqayisədə La Liqada da uğurlu çıxış edir. Bukmekerlərin favorit gördüyü meydan sahiblərinin “Espanyol” üzərində qələbəsi heç kimi təəccübləndirməyəcək.