Sürpriz kupon – 04.04.2023
“Yuventus” – “İnter” 1
“Yuventus” iki həftə öncə A seriyasında “İnter” üzərində səfərdə minimal hesabla qələbə qazanmışdı. Bu dəfə komandalar kubokun yarımfinalında görüşəcəklər. Turin klubu Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdən 6 xal geri qalır. 4-cü yeri tutan “İnter” isə “dördlük”dən düşməmək üçün əlindən gələni edir. “Yuventus” mövsümü titulla başa vurmaq istəyir. Ona görə də Alleqrinin komandası İtaliya kubokuna ciddi yanaşacaq.
“Lester” – “Aston Villa” 1
“Lester” bir neçə gün öncə baş məşqçi Brendan Rocersi istefaya göndərdi. “Tülkülər” 25 xalla turnir cədvəlində 19-cu yeri tuturlar. Komanda Premyer Liqada 6 oyundur qələbə qazana bilmir. Adətən müvəqqəti baş məşqçi olanda futbolçular özlərini göstərməyə çalışırlar. Ona görə də düşünürəm ki, “Lester” sensasiya edib qələbə qazana bilər.
“Ayntraxt” – “Union Berlin” QOL/QOL
Berlin klubu bu mövsüm “Ayntraxt” üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Çempionatda “Union” 3-cü, “Anytraxt” isə 6-cı yeri tutur. Lakin kubokda hər cür gözlənilməz nəticələr baş verə bilər. Frankfurt klubu doğma azarkeşlərin dəstəyi ilə qələbəyə oynayacaq. Düşünürəm ki, qol\qol variantına da mərc etmək olar.