Sürpriz kupon – 04.03.2025
Real Madrid – Atletiko Madrid QOL/QOL
“Madrid derbisi”ni bütün dünya böyük maraqla gözləyir. Komandaların hazırki formaları, zədəli və cəzalı futbolçuların olması mənə görə belə matçlarda prinsipial deyil. Meydana çıxacaq hər futbolçu var gücünü ortaya qoyacaq və başından yuxarı tullanmağa çalışacaq. Hər iki komandanın qol vurmaq şansları olacaq və rəqiblər bu şanslardan hərəyə ən azı 1 dəfə istifadə edəcək usta ifaçılara malikdi.
Borussiya D. – Lill 1X və ÜST 2.5
“Borussiya Dortmund” son iki oyunda evdə “Union”u 6:0 və səfərdə “Sankt Pauli”ni 2:0 məğlub edib. Dortmundluların hücum xətti istənilən rəqibə böyük çətinlik yaşada bilər.
Meydan sahiblərinin uduzmayacağına və oyunda ən azı 3 qol vurulacağına mərc edirəm.
PSV Eyndhoven – Arsenal QOL/QOL
PSV Eyndhoven “Yuventus”u turnirdən kənarlaşdırmaqla əsl sensasiyaya imza atdı. Zənnimcə, bu qarşılaşmada da meydan sahiblərindən sürpriz gözləmək olar. Amma daha məntiqli seçim kimi Qol/Qol variantı görünür.