Sürpriz kupon – 03.12.2025
“Atletik Bilbao” – “Real Madrid” – 2
La Liqada son 3 oyunda heç-heçələri ard-arda düzən “Reaı Madrid” bu gedişata son qoymalıdır. Əks halda “Barselona” xal fərqini artıra bilər. Son həftələrdə Jirona, Elçe, Rayo Valekanonu səfərdə məğlub edə bilməyən “Kral Klubu”nun Bilbaoda qalib gələcəyi bəlkə də şübhəli görünür. Amma bu Realdır. Sıradan bir rəqibə uduzub, samballı bir komandanı “darmadağın” edə biləcək, “Real Madrid”. Məncə. Riks etməyə dəyər.
“Aberdin” – “Sent Mirren” – cüt şans – X2
Şotlandiya premyer liqasında son 4 oyunda 10 xal qazanan Aberdindən fərqli olaraq Sent Mirren sentyabrın 27-dən bu yana 2 aydan çoxdur qələbəyə həsrətdir. Turnir cədvəlində sadəcə, “Livinqston” komandasını 2 xal qabaqlamaqla sondan 2-ci yerdədirlər. Sent Mirren hər oyuna dönüş nöqtəsi kimi yanaşır. Bəlkə də bu turda onlarda alınacaq. Riskli də olsa, autsayderin Aberdin səfərində uduzmayacağına mərc edirəm.
Arsenal – Brentford – QOL/QOL
Arsenal bu mövsüm həm Çempionlar Liqası, həm də premyer liqada “fırtına kimi əsir”. Eyni zamanda kpmanda son 4 oyunda qapısından qol buraxır. Brentford da son matçında meydanı qolsuz tərk etməyib. Fikrimcə, Arsenalın favorit sayıldığı bu görüşdə qarşılıqlı qollar gözləmək olar.













