Sürpriz kupon – 03.12.2024

Sürpriz kupon – 03.12.2024

Lester – Vest Hem ÜST2.5
Rəqibi 5 xal qabaqlayan “Vest Hem” qapısında ən çox qol izləyən iki komandadan biridir. Qapısında “Vest Hem”dən daha çox qol izləyən “Lester”di. Ardıcıl altı tur uğursuz çıxış edən meydan sahibləri üçün azarkeşləri qarşısında bəraət almağa əla imkan yaranıb. Hər iki tərəfin müdafiədə həll etmədiyi problemləri nəzərə alaraq ÜST2.5 seçimini məsləhət görürəm.

Real Avila – Valladolid 2
İspaniya Kubokunda 1/32 final mərhələsi başlayır. Sequndada çıxış edən “Real Avila” kubok yarışında iddialı sayılmır. Səbəb komandanın heyət baxımından böyük potensiala malik olmamasıdır. Bu matçda qonaqların rahat qələbə qazanması qanunauyğunluq olacaq.

Zaragoza – Granada ÜST2.5
İspaniya Kubokunda ikinci liqa təmsilçilərinin dueli maraqla gözlənilir. İkinci liqada ardıcıl dörd tur qələbəyə həsrət olan “Zaragoza” indi kubok matçında uğursuzluğu sığortalamağa çalışacaq. Meydan sahiblərinin cüzi üstünlüyü olduğunu qeyd etmək olar. Bununla belə matçın aşkar favoriti yoxdur.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 03.12.2024

Növbəti yazı

İkardi əməliyyat olundu