Sürpriz kupon – 03.11.2025

Sürpriz kupon – 03.11.2025

Eyüpspor – Antalyaspor 2.5 ÜST

Superliqada ardıcıl 5 oyunda qələbəyə həsrət qalan Antalya təmsilçisi azarkeşlərindən bəraət almağa çalışacaq. Cari mövsüm ən bərbad müdafiəyə sahib “Antalyaspor”un şanslarını yüksək qiymətləndirmirəm. Fikrimcə meydan sahibləri bu oyunda uduzmayacaq. Qələbəyə pul qoyuluşunu riskli hesab etdiyim üçün məhsuldar nəticəyə inanmağı məsləhət görürəm.

Alanyaspor – Qaziantep QOL/QOL

Superliqada stabil çıxış etməyən Alanya təmsilçisi evdə daha çox müdafiəyə diqqət yetirir. “Qaziantep”in 3 əsas futbolçusu bu matçda iştirak etməyəcək. Hər iki tərəfin daha çox ehtiyatlı oyun nümayiş etdirəcəyini düşünürəm. Qarşılıqlı qollar olsa belə Alanyada tərəflərin 1 xalla kifayətlənəcəyini fikirləşirəm.

Rizəspor – Karagumruk 2.5 ÜST

Cari mövsüm superliqaya vəsiqə qazanan “Karagumruk” komandasının güclülərlə rəqabətə tam hazır olmadığı hiss olunur. Çempionatın ən çox mərkəzə dəvət olunan kollektivi 10 oyunda qapısında 22 qol izləyib. Rizəlilərin evdə qələbə qazanmaq istəyini nəzərə alaraq qonaqları çətin sınaq gözlədiyini proqnozlaşdırmaq çətin deyil. Debütantın meydanı qolsuz tərk etməyəcəyinə inanıram. Ona görə üst2.5 seçimini daha real hesab edirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 03.11.2025

Növbəti yazı

”Sumqayıt”dan əzmkar qalibiyyət