Sürpriz kupon – 03.11.2024

Sürpriz kupon – 03.11.2024

“Sumqayıt”  – “Sabah” 2

Uğursuz seriyasını ötən tur “Səbail”lə oyunda dayandıran “Sumqayıt”ı bu tur daha çətin sınaq gözləyir. Vaqif Cavadovun komandası güclü “Sabah”dan xal almağa çalışacaq. Amma meydan sahiblərinin bu arzusuna çatacağına inanmıram.

“Napoli” – “Atalanta” Qol/Qol

Hücum etməyi və qol vurmağı sevən iki komandanın mücadiləsində bol qol gözləyirəm. Zənnimcə, hər iki komanda hücum potensialını ortaya qoya biləcək. ÜST 2.5 variantını seçirəm.

“Hamburq” – “Nürnberq” Qol/Qol

“Hamburq” ənənəvi olaraq evdə yaxşı çıxış edir. Mahir Emrelinin “Nürnberq”i isə son 5 oyunda 18 qol vurub. Ardıcıl 3 oyundur qol vuran millimizin futbolçusu bu dəfə də həm klubinun azarkeşlərini, həm də bizi sevindirməyə çalışacaq.

Qol/Qol mərci yetərincə ağlabatan görünür.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 03.11.2024

Növbəti yazı

UEFA Mourinyonu cəzalandırdı