Sürpriz kupon – 03.11.2022
Qarabağ – Frayburq 2
Qonaqlar üçün bu matç turnir cədvəli baxımından heç bir əhəmiyyət daşımır. Amma “Frayburq” və “Qarabağ” başqa səviyyəli çempionatlarda çıxış edir. İstər büdcə, istərsə də ustalıq baxımından frayburqlularla ağdamlıların müqayisəsi bizim xeyrimizə olmayacaq. Bu matçda da bukmekerlər meydan sahiblərini favorit göstərsə də, məncə, Bundesliqa təmsilçisi daha şanslıdır.
Olimpiakos – Nant 1
“Olimpiakos” bu matçla cari mövsüm avrokuboklara vida edəcək. “Nant”a qələbə lazım olsa da, meydan sahibləri azarkeşləri önündə imic xatirinə qrupda ilk qələbəsini qazanmağa çalışacaq. “Nant” qeyri-sabitdir. Yunanlar isə uğursuz başladıqları mövsümdə tədricən özünə gəlirlər. Bir qədər riskli görünsə də, meydan sahiblərinin qələbəsinə mərc etmək olar.
İstanbul Başakşəhər – Harts 1
Pley offu təmin etmiş istanbullular oyunun aşkar favoritidi.
Turnir cədvəli baxımından heç bir əhəmiyyəti olmayan bu qarşılaşmada meydan sahiblərinin qələbəsini proqnozlaşdıram.