Sürpriz kupon – 03.10.2025

Sürpriz kupon – 03.10.2025

Antalyaspor – Çaykur Rizəspor 1

Antalyaspor evdə istənilən komandaya qalib gəlmək gücündədir. Əslində onların Çaykur Rizəsporu məğlub etməsi sürpriz sayılmamalıdır. Düzdür, biraz risklidir, lakin sürpriz kupon olduğunu nəzərə alaraq risk almağa dəyər. Məncə, Antalyaspor qalib gələcək.

Zirə – Neftçi 2

Sizə öz çempionatımızdan bir oyun təklif edəcəyəm. Liqanı yaxından izləyən biri kimi deyirəm ki, Neftçinin qələbə əmsalı təəccübləndirdi. Çünki, Neftçinin potensialı daha böyükdür. Düzdür, turnir cədvəli fərqli göstərir. Amma Neftçi Zirəni məğlub edə biləcək komandadır. Statistika da bunu deyir.

Hoffenhaym – Köln 3,5 ÜST

Hər iki komanda hücumu sevir. Rəqəmlər də bunu deyir. Məncə Bundesliqada turun açılış oyunu bol qollu keçəcək. Sürpriz kupon olduğundan daha yüksək əmsal üçün 3,5 Üst mərcini tövsiyə edirəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 03.10.2025

Növbəti yazı

Tovuz şəhər stadionunda ot örtüyü salındı