Sürpriz kupon – 03.10.2023

Sürpriz kupon – 03.10.2023

Lans – Arsenal 1X
Lans düz 20 il sonra doğma stadionunda çempionlar liqası matçına çıxır. İlk oyunda səfərdə Sevilya ilə heç-heçəyə nail olan Fransa təmsilçisi öz evində daha inamlı təsir bağışlayır. Kağız üzərində Arsenal favorit görünsə də, Lans sürpriz etməyə qadir komandadır. Risk sevənlər bu görüşdə Lansın uduzmayacağı seçimini edə bilərlər.

Kembric – Barnsley 1

Kembric bu mövsüm 9 oyundan 4 qələbə qazanıb. Nəzərə almaq lazımdır ki, bu komanda bu qələbələrdən üçünü doğma azarkeşləri önündə əldə edib. Kembric öz “ev”ində heç bir rəqibdən çəkinmir. Üstəlik, bu görüşdə qazanılacaq 3 xal turnir cədvəlində Barnsleyi keçmək üçün əla fürsətdir. Bu görüşdə meydan sahiblərinin azarkeşlərinin dəstəyi ilə Barnsleyi məğlub edəcəklərini düşünürəm.

PSV – Sevilya 3,5 ÜST

Çempionlar liqasıda ilk turda Arsenala böyük hesablı məğlubiyyətdən sonra PSV azarkeşləri ilə “barışmağa” çalışacaq. Doğma stadionlarında açıq futbol oynayacaqlarını ehtimal edirəm. Sevilyanın da bu tərz futbolu sevdiyini və məhsuldar komanda olduğunu nəzərə alaraq, bu görüşdə qolların çox olacağını ehtimal edirəm. 2,5 üst zənnimcə ideal seçimdir. Amma sürprizi və riski sevənlər üçün 3,5 üst seçimini təklif edirəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 03.10.2023

Növbəti yazı

“Liverpul”da ciddi itki