Sürpriz kupon – 03.09.2024
Port Veyl – Vulverhempton U21 1-ci hissə qol cəmi 1,5 ÜST
Günün kuponunda da qeyd etdiyim kimi bizi bol qollu qarşılaşma gözləyir. Hətta, artıq ilk hissədə azı 2 qolun vurulacağını ehtimal edirəm. Süpriz axtarışında olanlar üçün yaxşı mərc olar.
Akrinqton – Stokport 1
Məncə günün sürprizi bu oyunda yaşanacaq. Sürpriz ifadəsini təklif olunan əmsallara görə yazmışam. Əslində isə “Akrinqton”un qələbəsi sensasiya sayılmamalıdır. Risk etməyə dəyər.
Flitvud – Aston Villa U21 3,5 ÜST
Məncə günün ən çox qol vurulan oyunu məhz bu görüş olacaq. “Aston Villa”nın gənclər komandası “Flitvud”la eyni səviyyədə rəqib deyil. Zənnimcə səviyyə fərqi nəticəyə də təsir edəcək. Buna rəğmən qonaqların da qol vuracağını ehtimal edirəm. Bu səbəbdən ən azı 4 qolun vurulacağını düşünə bilərik.