Sürpriz kupon – 03.04.2025

Sürpriz kupon – 03.04.2025

Jamshedpur – Mohun Bagan 1, 3,5 ÜST, ilk hissə qol cəmi 1,5 ÜST

Sürpriz kuponda öz mərcinizi yarada bilərsiniz. Sürprizlərlə dolu Hindistan liqasında günün gözlənilməz nəticəsi qeydə alına bilər. Düzdür, Mohun liqa mərhələsini 1-ci pillədə başa vurub. Amma 5-ci olan Jamshedpur evində oynaycaq. Onlar liqa mərhələsində evdə keçirdikləri 12 oyunun cəmi 3-də uduzublar. 8 oyunda isə qələbə qazanıblar. Mohun Baganın isə səfərdə cəmi 6 qələbəsi var. Odur ki, Jamshedpurun sürpriz edəcəyinə inanıram. Hətta bu görüşdə azı 4 qolun vurulacağını da ehtimal edirəm. Stastika da bunu deyir. 3-cü ehtimalım isə ilk hissədə qolların vurulacağınadır. Bu 3 mərc birlikdə 11 əmsal edir. Məncə, risk etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 03.04.2025

Növbəti yazı

Karri Lebronu keçdi