Sürpriz kupon – 03.03.2025
Sumqayıt – Qarabağ Oyun nəticəsi/Hər iki komanda qol vuracaq : Qarabağ/Xeyr
“Sumqayıt” 10 oyundur qol vurmur. Çempionatın ən güclü komandasına qarşı bu seriyanın sınacağı inandırıcı görünmür. Qonaqların qol buraxmadan qalib gələcəyini proqnozlaşdırıram.
Yuventus – Verona İstənilən vaxt qol vuracaq: Kolo Muani
Fransalı ulduz yanvarda “Yuventus”a icarəyə gələndən sonra ilk 3 oyunda 5 qola imza atdı. Amma bundan sonra keçirdiyi 3 matçda qol vura bilmir. Zənnimcə, bu dəfə Kolo Muani adını tabloya yazdırmağı bacaracaq.
Vilyareal – Espanyol 1 və ALT 3.5
Komandalar müxtəlif məqsədlər uğrunda mübarizə aparır. “Vilyareal” Çempionlar Liqasına düşməyi, “Espanyol” La Liqadakı yerini qorumağı hədəfləyir.
İlk dövrədə keçirilən matçda qonaqlar qalib gəlmişdi. Bu dəfə də “Vilyareal”ın qələbə qazanacağını və matçda üçndən çox qol vurulmayacağını təxmin edirəm.