Sürpriz kupon – 03.03.2023
“Vitess” – “AZ Alkmaar” 2
“Alkmaar” bu oyunda qalib gəlsə, 2-ci pilləyə yüksələ bilər.
“Vitess” isə təhlükəli zonaya düşməməyə çalışır. Meydan sahibləri son 2 turda xalsız qalıblar.
“Alkmaar” liderlər qrupundan aralanmamaq üçün səfərdən qələbə ilə dönməlidir.
“Maqdeburq” – “Kayzerslautern” QOL/QOL
“Kayzerslautern” 5-ci pillədə olsa da, stabil oynamır. Komanda ardıcıl 2 məğlubiyyətdən sonra ötən tur qalib gələ bildi.
“Maqdeburq”u təhlükəli zonadan 2 pillə ayırır.
“Kayzerslautern” oyunun favoriti olsa da, qol\qol ehtimalı da yüksəkdir.
“Paderborn” – “Sankt Pauli” 1
4-cü yeri tutan “Paderborn” liderlərə yaxınlaşmaq imkanını əldən verməməlidir. Amma nəzərə almaq lazımdır ki, “Sankt Pauli” ardıcıl 5 oyunda qələdə qazanıb. Bu cür seriyalar da əvvəl-axır, hardasa qırılır.
“Paderborn” “Sankt Pauli”nin zəfər yürüşünü dayandıra bilər.