Sürpriz kupon – 03.02.2025
Kalyari – Latsio – 2
Son 1 həftədə Avroliqa və A seriyasında hər 2 oyunu uduzan Latsionun bu görüşdə fanatlarını sevincirəcəyini düşünürəm. Kalyariyə qarşı oynadığı son 19 matçın 16-sını romalılar qazanıb. 3 görüş isə heç-heçə bitib. Bu matçda da sevinən tərəfin Latsio olacağını düşünürəm.
Qaziantep – Qalatasaray – QOL/QOL
Qalatasaray matçın favoriti sayılsa da, Qaziantepin asan təslim olacağını düşünmürəm. Məncə, meydan sahibi bu oyunda azı 1 qol vuracaq.
De Graafschap – Den Haaq – 1-ci hissə – Den Haaq
Matçın favoriti meydan sahibi hesab olunur. Amma bu oyunda sürpriz gözləyirəm. Den Haaq komandası De Graafschap üçün çətin rəqiblərdən sayılır. Aralarındakı son 8 oyundan yalnız birində De Graafschap qələbə qazanıb. Məncə, Den Haaq bu oyunda azı 1 xal qazanacaq. Amma riskə gedərək 1-ci hissədə qonaqların qələbəsinə mərc edirəm.