Sürpriz kupon – 03.01.2026

Sürpriz kupon – 03.01.2026

Atalanta – Roma 2

Düz 9 il Atalanta baş məşqçisi olmuş Qasperini indi Romanın uğurları üçün çalışır. Atalantanı yaxşı tanıyan Qasperininin uğur qazanacağına inanıram. Məncə Roma səfərdə qalib gələcək.

Vulverhempton – Vest Hem 1

Hələ də qələbəyə həsrət qalan Vulverhempton üçün Vest Hemlə oyun əla fürsətdir. Məncə canavarlar mövsümdə ilk qələbəsini məhz bu matçda qazanacaqlar. Nəzərə alaq ki, Vest Hem də autsayderlərdən biridir.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 03.01.2026

Növbəti yazı

Haaland ili lider bitirdi