Sürpriz kupon – 02.12.2024

Sürpriz kupon – 02.12.2024

Porto – Casa Pia AS – 1-ci hissə\oyunun nəticəsi – Porto

Porto azarkeşlərinin “səbr kasası” daşmaq üzrədir. Komanda Avroliqa, Portuqaliya Kuboku və liqasında oynadığı son 4 görüşün 3-də uduzub, yalnız birində heç-heçə edib. Lider Sportinqin bu tur öz meydanında sürpriz məğlubiyyətindən istifadə edib 6 xallıq fərqi də azaltmaq lazımdır. Porto uğrusuz seriyaya “Casa Pia” ilə matçda son qoya bilər. Həm 1-ci hissəni, həm də bütünlükdə oyunu qazanmaqla. 1,61 əmsal “gəl-gəl” deyir.

Hatayspor – Beşiktaş – QOL/QOL

Son 2 turda 4 xal qazanan Hatayspor autsayderlər qrupundan çıxmağa çalışır. Doğma azarkeşlər önündə Beşikataşa qarşı sonadək mübarizə aparacaqlarını düşünürəm. “Qara qartallar” isə hazırda qeyri-sabit oynayır. Komanda Avroliqa və superliqa daxil son 3 matçda cəmi 1 heç-heçə edib. Klubun rəhbər-idarəçi heyətindən tutmuş baş məşqçisinə qədər əksər şəxslər istefa verib. Beşiktaş hazırda sözün əsl mənaslnda başsızdır. Ona görə, komandanın səfərdə qələbəsinə inanmıram. Məncə, qarşılıqlı qollar daha uyğun variantdır.

Fənərbağça – Qaziantep BB – 1-ci hissənin nəticəsi – Fənərbağça

Fənərbağça lider Qalatasarayla xal fərqini “əritmək” üçün qalib gəlməyə məhkumdur. Məncə, ilk hissəni “Fənər” hesabda öndə bitirəcək. 2-ci hissədə vəziyyət dəyişə də bilər. Ona görə əmsalın da aşağı olmadığını nəzərə alaraq (1.61) “sarı-lacivərdlilər”in 1-ci hissədə qələbəsinə mərc edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 02.12.2024

Növbəti yazı

“Yuventus” Delap transferində israrlıdır