Sürpriz kupon – 02.11.2025

Sürpriz kupon – 02.11.2025

Brest – Lion – QOL/QOL

Hazırda Liqa-1-də 14-cü yerdə olan Brest 10 oyuna 14 qol vurub, öz qapısından 18 top buraxıb. Lion isə bu mövsüm bütün qarşılaşmalarda qol vurub. Məncə, qol-qol variantına mərc etməyə dəyər.

FK Nant – FK Mets – cüt şans X2

Liqa-1-də sonuncu yerdə qərarlaşan Mets vəziyyəti dəyişməyə çalışır. Nant qarşı oyunları adətən uğurlu alınır. Son 9 dueldə yalnız bir dəfə bu komandaya məğlub olub. Nant bu görüşdə favorit sayılsa da, Metsin azı 1 xal qazanacağını təxmin edirəm.

Milan – Roma – QOL/QOL

A seriyasında liderlər qrupunda olan komandaların dueli maraqla gözlənilir. Tərəflərin öz aralarındakı son 13 görüşündən yalnız birində qarşılıqlı qollar olmayıb.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 02.11.2025

Növbəti yazı

“Neftçi”dən böyükhesablı qalibiyyət