Sürpriz kupon – 02.10.2023

Sürpriz kupon – 02.10.2023

“Torino” – “Verona” ALT2.5
Meydan sahibləri ötən tur “Latsio”ya uduzub (0-2). “Torino”da əsas heyətin 4 futbolçusu meydana çıxmayacaq. Bununla belə qonaqların asan qələbə qazanacağını düşünmək sadəlövlük olar. Fikrimcə bu matçda heç-heçə olacaq.

“Fiorentina” – “Kalyari” 1
Mövsümün uğursuzu adına namizəd “Kalyari” turnir cədvəlinin son pilləsində qərarlaşıb. Meydan sahibləri 3 qələbə sayəsində altıncı pillədə qərarlaşıb. Ötən tur xal itirən “Fiorentina”nın yenidən səhvlərə yol verəcəyinə inanmıram. Meydan sahiblərində Dodo, Mina və Pierozzi oyunda iştirak etməyəcək.

“Kayserispor” – “İstanbul Başakşəhər” qol sayı TƏK
Ötən tur “Beşiktaş”a uduzan kayserililər rəqib üçün uğursuz rəqib sayılır. Adətən qonaqların “Kayserispor”a qarşı oyunu alınmır. Meydana itkilərlə çıxacaq qonaqların növbəti dəfə uğursuzluğa düçar olacağı gözlənilir.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 02.10.2023

Növbəti yazı

“Mançester Siti” 2 il sonra ilk dəfə