Sürpriz kupon – 02.08.2025
Pari NN – Lokomotiv Moskva 2
Ötən mövsüm “Lokomotiv” “Pari NN” ilə iki matçda, ümumi 6:1 hesabı ilə qalib gəlmişdi. Moskvalılar keçən mövsümlə müqayisədə, bu il yaxşı təsir bağışlayır. Hər iki görüşdə qalib gəlib. Hətta 2- ci turda hazırki çempion “Krasnodar”-ı səfərdə məğlub etməyi bacarıb. Mövcud vəziyyəti nəzərə alsaq, “dəmiryolçular”-ın qləbəsinə inanmaq olar.
Elvesberq – Nürenberq QOL/QOL
Bu qarşılaşmanın açıq və məhsuldar keçəcəyi gözlənilir. Hər iki komanda hücum futbolu oynamağa meylli, müdafiədə isə, inamsızdırlar. Komandaların aralarındakı son matçları qarşılıqlı qollarla bitib. Bu amilləri nəzərə alsaq, komandaların bu görüşdə də, fərqlənməsini gözləmək məntiqlidir.
Tromse – Fredrikstad 1
“Tromse” hazırda yaxşı formadadır. Son 6 görüşün 5-də qalib gəlib. Doğma meydanda da, çox inamlı təsir bağışlayırlar. Aralarındakı qarşılaşmalarda ev sahibləri aşkar üstünlüyə malikdir. Qonaqlar həmçinin, səfərdə zəif oyun nümayiş etdirir. “Tromse” son məğlubiyyətdən sonra, evdə azarkeşləri ilə aralarını düzəltmək üçün əllərindən gələni edəcək. Məncə, bütün amillər “Tromse”-nun bu 3 xalı qazanacağına işarə edir.












