Sürpriz kupon – 02.08.2022
“Ludoqorets” – “Dinamo Zaqreb” – 1,5 ÜST
Avrokuboklarda bu komandalar 4 dəfə qarşılaşıb. Yalnız bir görüşdə qapılara 2 qol vurulub. Qalan duellərdə 3 və daha çox top. Hər iki komandanın hücum potensialı imkan verir ki, oyunda azı 2 qol vurulacağına inanasan.
“Monako” – “PSV Eyndhoven” – 2,5 ÜST
Tərəflər arasında baş tutan 8 avrokubok matçından 5-də qol sayı 3-dən az olub. Amma bu demək deyil ki, yenə eyni nəticə təkrarlanacaq. Hər iki komanda hücum futboluna üstünlük verdiyindən bol qollu oyun gözləmək olar.
“Breydablik” – “Akranes” – 2,5 ÜST
İslandiya Liqasının lideri son turdakı xal itkisinin əvəzini autsayderlə matçda çıxmağa çalışacaq. “Akranes”in bərbad müdafiəsi çətin ki, “Breydablik” hücumları qarşısında davam gətirsin.