Sürpriz kupon – 02.07.2025
ABŞ – Qvatemala – QOL/QOL
ABŞ təşkilatçı ölkə olaraq “Gold Cup-2025” turnirinin favoritlərindən sayılsa da. fikrimcə, yarımfinalda Qvatemala asanlıqla təslim olmayacaq. Mərkəzi amerikalıların bu oyunda azı 1 qol vuracağını təxmin edirəm. ABŞ millsinin qol vuracağına isə məncə hamı inanır.
Meksika – Honduras – 2,5 ALT
Tipik bir yarımfinal matçı gözləyirəm. Hıər iki komanda finala vəsiqə üçün ehtiyatlı oyuna üstünlük verə bilər. Ona görə 2,5 altı daha uyğun variant sayıram.
Paxtakor – Olimpik Mobiuz – 2,5 ÜST
Çempionluq şansı ötən hər tur azalan Paxtakor azarkeşlərini Özbəkistan Kubokunu qazanmaqla sevindirmək istəyir. 1\8 finaldakı rəqib isə 1-ci liqanını lideri Olimpik Mobiuz komandasıdır. Qonaqların bu oyunda maksimum edə biləcəyi nüfuzlu rəqibinə qol vurmaq ola bilər. Paxtakorun qələbəsinə şübhə etmirəm, amma əmsal az olduğundan özbək futbolunda o qədər də rast gəlinməyən məhsuldarlığa – 2,5 üstə mərc edirəm.












