Sürpriz kupon – 02.02.2026

Sürpriz kupon – 02.02.2026

Ər-Riyad – Əl Nəsr ÜST2.5

Səfərdə xal itirmək liderdən 3 xal geri qalan Kriştiano Ronaldonun komandasının planlarını poza bilər. Autsayderlərə yaxınlaşan “Ər-Riyad”ın heyətlə bağlı problemləri həll edilməyib. Ronaldo və dostlarının səfərdə qələbə qazanacağını düşünürəm. Kriştianonun ən azı 1 qol vuracağını fikirləşirəm.

Əl Hilal – Əl Əhli ÜST3.5

Turun mərkəzi görüşündə lider “Əl Hilal” üçüncü yerdə dayanan “Əl Əhli”ni qəbul edəcək. Matçın nəticəsi turnir cədvəlində lider mövqeyinə təsir edə bilər. Ona görə meydan sahibləri daha bərabərlik barədə düşünəcək. Heç-heçə “Əl Hilal”ı birinci pillədə saxlayacaq. Hər iki komandanın təcrübəli hücumçularının olduğunu nəzərə alaraq üst3.5 üzərindən mərc etməyi məsləhət görürəm.

Əl Okhdood – Neom 2

Autsayderlər qrupunu tərk edə bilməyən meydan sahiblərinin vəziyyəti qənaətbəxş deyil. Komanda 18 turda 2 qələbə qazanmaqla digər oyunlarda bərbad çıxış edib. 34 dəfə mərkəzə dəvət olunan “Əl Okhdood” təhlükəli hücum yaratmaqda çətinlik çəkir. “Neom”da hücum xəttinin zəif olması düşünməyə ciddi əsas verir. “Neom”un qələbəsinə mərc etməkdə risk görünmür.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 02.02.2026

Növbəti yazı

Livakoviç yenidən “Dinamo”da